Bakıda ictimai qaydanın pozulması hallarının qarşısı alınıb  

11:39 28.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 23 ünvanında yaşayan sakinlərin müraciəti əsasında ərazidə müşahidə olunan sosial-neqativ hallar avqustun 27-də tam aradan qaldırılıb.

Bakı şəhər Baş Polis İdarəsindən hafta.az-a verilən məlumata görə, İdarənin İctimai Təhlükəsizlik və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi  profilaktik tədbirlərlə sakinləri narahat edən çay evlərinin fəaliyyəti, piyada səkilərinin zəbt olunması, küçə ticarəti və antisanitariya ilə bağlı təsirli tədbirlər icra edilib. İctimai qaydanı pozan şəxslərlə profilaktik-maarifləndirici söhbətlər aparılıb, əməlin hüquqazidd olması vurğulanıb.

Yaşayış binasının qarşısında yaranan vəziyyət - çayxanalarda insanların sərxoş vəziyyətdə səs-küylü söhbətləri, rok musiqi sədaları altında əylənmələri sakinlərin rahatlığının pozulması ilə bağlı Baş İdarəyə daxil olan müraciətlər əsasında ərazidə ictimai qaydanın qorunması və asayişin davamlı olması üçün müvafiq naryadlar ayrılaraq təlimatlandırılıb.